İnsanlara hürriyət, millətlərə istiqlal!

Uzunmüddətli siqaret çəkmək xərçəng xəstəliyi yarada bilər - AÇIQLAMA/VİDEO

Məktəblərdə zərərli vərdişlərə qarşı mübarizə məqsədilə mütəmadi təlimlər keçirilir. Xüsusilə tütündən istifadənin orqanizmə təsirləri barədə şagirdlərlə maarifləndirici söhbətlər aparılır.

Belə tədbirlər daha çox yuxarı sinif şagirdlərinə şamil olunur.

BŞT-nin təlimə dəstək mərkəzinin psixoloqu Aysel Novruzova aztv-yə bildirib ki, 2023-2024-cü tədris ilində Bakı şəhər Təhsil İdarəsinin "Zərərli vərdişlərə son dəqiq" layihəsi çərçivəsində məktəblərdə maarifləndirici seminarlar keçirildi:

"Bununla bağlı artıq məktəblərdə valideynlər, mütəxəssislər dəvət olunurdu. Adətən bundan öncəki illərdə keçirilən tədbirlərdə valideynlər yox, sadəcə uşaqlar iştirak edirdi. Ancaq bu dəfə valideynlərin də iştirakı təmin olundu. Çünki birbaşa burada valideynlərin maariflənməsi, şagirdlərin zərərli vərdişlərlə bağlı asılılıqlardan uzaq olmasına böyük fayda göstərəcək"

Həkimlər iddia edirlər ki, bu zərərli vərdişin uzunmüddətli istifadəçiləri xərçəngin müxtəlif növlərinə yaxalana bilir və ətrafdakı mühitdən asılı olaraq  ağciyərin fibrozlaşması verir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR