İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq bağçasında ŞOK HADİSƏ: 60 azyaşlı cinsi istismara məruz qalıb

Avstraliyada baş verən cinsi istismar hadisəsi qan dondurub.

Uşaq bağçasında uşaq baxıcısı işləyən 46 yaşlı Eşli Pol Qriffit işlədiyi müddətdə bir çox uşağa qarşı cinsi zorakılıq etdiyini etiraf edib.

Brisbane Rayon Məhkəməsində baxılan iddiada 307 ittihamla ittiham olunan Qriffit Avstraliya və İtaliyada əksəriyyəti 12 yaşdan kiçik olan 60 qıza qarşı zorakılıq etdiyi üçün məhkəmə tərəfindən günahkar bilinib.

Qriffit 2022-ci ilin avqustunda uşaq istismarı məzmunu hazırladığı üçün polis tərəfindən saxlanılıb.

Bir il sonra, Qriffitin 2003-2022-ci illər arasında Avstraliyanın on iki müxtəlif bölgəsində və İtaliyanın Piza şəhərində 91 uşağa qarşı 1623 cinayət törətdiyi müəyyən edilib.

Hazırda həbsdə olan Qriffitin cəzası daha sonra müəyyənləşəcək./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR