İnsanlara hürriyət, millətlərə istiqlal!

Üsamə bin Ladeni öldürən əsgər saxlanılıb

2011-ci ilin may ayının 2-də Pakistan-Əfqanıstan sərhədi yaxınlığında gizləndiyi evində öldürülən "Taliban" lideri Usamə bin Ladeni öldürən əsgərlərdən biri Robert J. O'Neill Texasda saxlanılıb.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Friskoda olan keçmiş əsgər O'Neill sərxoş vəziyyətdə xuliqanlıq etdiyi üçün saxlanılıb. Onun əvvəllərdə belə hərəkətlər etdiyi bildirilir.

"Taliban" liderini öldürməsi ilə tanınan "Seal Team Six" adlı xüsusi əsgər qrupunun üzvü olan O'Nilin 3500 dollar girov ödədiyi və sərbəst buraxıldığı açıqlanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR