İnsanlara hürriyət, millətlərə istiqlal!

USAID terror təşkilatının liderlərindən birini maliyyələşdirməkdə şübhəli bilinir

USAID "Əl-Qaidə"nin gələcək liderini maliyyələşdirməkdə şübhəli bilinir.

Kanadalı jurnalist Ketrin Herric "X" sosial şəbəkəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Əl-Qaidə"nin gələcək lideri Ənvər əl-Avlakinin kollec təhsili üçün tam şəkildə ödədiyi ödəniş qaiməsinin fotoşəklinə diqqət çəkib.

Qeyd olunur ki, həmin şəxs ABŞ kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinirdi. Terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-nin pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində öldürülüb.//Oxu.Az 

Screenshot_2.png (441 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR