İnsanlara hürriyət, millətlərə istiqlal!

USAID Qazaxıstanda “dezinformasiya ilə mübarizə” üçün 4,5 milyon dollar xərcləyibmiş

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Cozef Bayden administrasiyası “Qazaxıstanda dezinformasiya ilə mübarizə” üçün USAID vasitəsilə 4,5 milyon dollar xərcləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, demokratlar ABŞ daxilindəki problemlərə məhəl qoymadan xaricdəki şübhəli layihələrə milyonlar ayırıblar.

Levitt bunu “axmaqlıq” adlandıraraq, Qvatemalada cinsiyyətin dəyişdirilməsi əməliyyatını, İraqda yeni “Sesame Street” şousunun yaradılmasını və amerikalılar üçün praktiki faydası olmadığına inandığı digər proqramları da maliyyələşdirdiyini söyləyib.

Eyni zamanda, Ağ Ev sözçüsü vurğulayıb ki, Bayden hökuməti sakinlərin lazımi dəstəkdən məhrum olduğu Kaliforniya və Şimali Karolina kimi ştatlarda vətəndaşların həyatını yaxşılaşdırmaq üçün addımlar atmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR