Onlayn ictimai-siyasi qəzet
İstanbulun Arnavutköy səmtində dəhşətli hadisə yaşanıb. Avtomobili ilə məşğul olan atanın diqqətinin yayınmasından istifadə edən naməlum şəxs, onun azyaşlı qızını oğurlamağa cəhd göstərib. Hadisə təhlükəsizlik kameralarına düşüb.
Musavat.com xəbər verir ki, şübhəli şəxs azyaşlını atasının bir neçə addımlığında olduğu halda qaçırmağa çalışıb. Ancaq son anda vəziyyəti sezən ata müdaxilə edərək uşağın oğurlanmasının qarşısını alıb və həmin şəxsi tutaraq dərhal polisə məlumat verib.
Yaxalanan şəxs — M.S.O. ilkin ifadəsində uşağı “qardaşı uşağına bənzətdiyini və əzizləmək istədiyini” bildirib. Lakin hüquq-mühafizə orqanları bu bəhanəni əsaslı saymayaraq onu saxlayıb. Təqsirləndirilən şəxs barəsində hüquqi prosedurlar başa çatdıqdan sonra həbs qərarı verilib.
Hadisə ilə bağlı yayılan anbaan görüntüləri Musavat.com təqdim edir.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ