Onlayn ictimai-siyasi qəzet
Müğənni Zamiq Hüseynov "İzzət şou" verilişində qonaq olub.
Musavat.com xəbər verir ki, o instaqramın insanların həyatının əsas hissəsinə çevrildiyini deyib.
Bildirib ki, instaqram insanlara acıq vermək üçündür:
"İnstaqram nə üçündür? Hamıya acıq vermək üçün. Otururuq paylaşırıq: filan yerdəyik, səfərdəyik, bunu edirəm. Heç oturub evdə tum çırtlayanda foto qoyuruq? Yox... Ancaq geyinərəm, maşın sürərəm və acıq verərəm. Hər gün belə yaşamırıq ki: dava edirik, uşağın üstünə qışqırırıq".
Zamiq Hüseynov konsertlərdən pul qazanmadığını da açıqlayıb.
Könül
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ