Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın Urmiya şəhərinin əsl sahibləri olan türklər bu gün etiraz aksiyalarına başlayıblar.
Musavat.com-un telegram kanallarına istinadən verdiyi xəbərə görə, Urmiyada bugünkü etirazlardan yayılan görüntülərdə mərkəzdən dövlət meydanına toplaşan kütlənin sayının 500 min nəfərdən çox olduğu təxmin edilir.
Məlumata əsasən, İran təhlükəsizlik qüvvələri Urmiya əhalisinin anti-terror nümayişlərini yatırmaq və dağıtmaq məqsədilə şəhər küçələrində barrikadalar qurub.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Urmiyada Azərbaycan türkləri kürdlərin ərazi iddialarına qarşı etiraz aksiyası keçirirlər.
Etirazçı güneylilər aksiyalar zamanı “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb!” və “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz!” şüarlarını səsləndirirlər.
@@TVmusavat/111231@@
Musavat.com
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ