Onlayn ictimai-siyasi qəzet
Yanvarın 20-də İsrail ordusunun əsgəri tərəfindən 13 yaşlı fələstinli Zəkəriyyə Barbakın öldürülməsi ilə bağlı hadisə bölgədə böyük narahatlıq doğurub.
Musavat.com xəbər verir ki, oğlunun cəsədini götürmək istəyən Zəkəriyyənin atasına da atəş açılıb. Atanın səhhəti ilə bağlı məlumat verilmir.
Xatırladaq ki, ötən bazar günü İsrail və Fələstinin Həmas hərəkatı arasında atəşkəs müqaviləsi qüvvəyə minib. Atəşkəs münaqişə tərəfləri arasında hər iki tərəfin əhali itkiləri və infrastruktura zərər vurduğu gərgin döyüşlərdən sonra baş tutub. Lakin Şərqi Qüds və İordan çayının Qərb sahilində gərginlik davam etməkdədir. Fələstin və İsrail rəsmiləri arasında münasibətlərin yenidən pozulması riski fonunda bu cür insidentlər sülh səylərinə ciddi zərbə vurur.
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ