İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uqandalı Cəmilin 7 aylıq təhsildən sonra bütün fikri dəyişdi” - Sərdar Gündoğan

“Təəssüf ki, dünya yetərincə ədalətli deyil. Bunu hər kəs bilir. Bu nəticəni ortaya çıxaran səbəblər müxtəlifdir. Bura siyasi, iqtisadi ədalətsizliyi daxil etmək olar. Lakin ən böyük haqsızlıq təhsil sahəsində baş verir”.

Musavat.com xəbər verir ki, bunu martın 4-də Bakıda keçirilən “Stratcom Public Forum” çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” adlı paneldə çıxışı zamanı Türkiyə Maarif Vakfının Azərbaycan təmsilçisi Sərdar Gündoğan deyib.

“Bu gün dünyanın elə elə yerləri var ki, orada təhsil əl çatan deyil. Halbuki daha ədalətli dünyanın qurulmasında təhsilin böyük payı var. Türkiyə bu vəziyyəti öyrəndi və 2000-ci illərdən sonra təhsil diplomatiyasını fəallaşdırdı, təşkilat və qurumlar yaratdı. Maarif Vakfı da bunlardan biridir.

Kapitalist dünya düzənində ədalətsizliklər bizə normal şeylər kimi sırınır. Uqandanın kəndlərindən birində yaşayan Cəmil adlı gənc Türkiyədə 7 ay təhsil aldı. O deyirdi ki, buna qədər elə hesab edirmiş ki, Afrika ölkələri təbii ehtiyatlar baxımından kasıbdır. 7 aylıq təhsili ilə anlayıb ki, bu əslində elə deyil, Afrika ölkələri təbii ehtiyatlarla zəngindir. Təhsilin ədalətsiz şəkildə alınması insanları məhdud düşünməyə vadar edir”, -  o bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR