İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitet rektorları ilə bağlı SENSASİON MƏLUMAT ortaya çıxdı - İlk dəfə...

Rusiyada universitet rəhbərlərinin öz gəlirlərini gizlətdiyi iddia ediilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Sankt-Peterburq Mədən Universiteti ilk dəfə olaraq yalnız maaşlarla bağlı məlumatları dərc edib.

Maraqlıdır ki, universitet rektoru Vladimir Litvinenkonun maaşı ayda orta hesabla 572 min rubl (7100 dollar), olaraq göstərilib. Lakin həmin il o, 385,2 milyon rubl (təxminən 4 milyon 800 min ABŞ dolları), həyat yoldaşı isə 93,1 milyon rubl (təxminən 1 milyon 100 min dollar) qazanıb. Beləliklə, Litvinenko ölkənin ən zəngin rektoru statusuna malikdir.

Qeyd edək ki, Vladimir Litvinenko Mixail Xodorkovskinin əlindən alınan “Yukos”a qarşı kampaniyanı dəstəklədikdən sonra milyarderə çevrilib. Bundan sonra o, “PhosAgro”şirkətindən pay alıb. Onun şirkətdəki hissələrinin qiyməti altı il əvvəl milyard dolları keçib.

Litvinenko prezidentin Qərb tərəfindən sanksiyaya məruz qalmayan azsaylı dostlarından biridir. Hərçənd onun qızı şəxsən atasını Avropa İttifaqının sanksiya siyahılarına daxil olunmasını xahiş edib. Görünür, bundan qorxan universitet rektoru “PhosAgro”dakı bütün səhmlərini həyat yoldaşının adına keçirib.

Rusiya Xarici İşlər Nazirliyinin tabeliyində olan MDBMİ-nin (MQİMO olaraq daha çox tanınır-red.) rektoru Anatoli Torkunovun maaşı, demək olar ki, prezident maaşına bərabərdir: 817,7 min rubl (təxminən 10237 dollar).

Bir il əvvəl Torkunov 46,5 milyon rubl qazanc, minlərlə kvadrat metrlik torpaq sahəsi, ev və mənzilləri olduğunu bəyan etmişdi. Vladimir Putinin dövlət məmurlarına və deputatlara gəlirlərini gizlətməyə imkan verən yeni fərmanından sonra bu məlumatlar rəsmi səhifələrdən çıxarılıb.

Rusiya Ali İqtisadi Məktəbi də sadəcə maaşlarla bağlı rəqəmləri dərc edib.

Universitetin rektoru Nikita Anisimov 2021-ci ilin yayında vəifəyə gəlib və onun orta əmək haqqı ayda 877 min (10 900 dollar) təşkil edib. Bir il sonra bu rəqəm 1,2 milyon rubla (15 min dollar) qədər artıb.

Bundan öncə Uzaq Şərq Federal Dövlət Universitetinə rəhbərlik edən Anisimov ildə 6,4 milyon rubl (80 192 min dollar) qazanırmış.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR