İnsanlara hürriyət, millətlərə istiqlal!

UNICEF: Sudanda 450 min uşaq evlərini tərk etmək məcburiyyətində qalıb

Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Sudandakı münaqişə səbəbindən 82 min uşağın qonşu ölkələrə getdiyini, 368 min uşağın isə məcburi köçkün olduğunu açıqlayıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, K.Rassel yazılı açıqlamasında Sudandakı amansız qarşıdurmanın bu ölkənin uşaqlarına çox pis təsir etdiyini bildirib.

UNICEF-in uşaqlara humanitar yardım göstərmək üçün səylərini artırdığını qeyd edən Russell, minlərlə uşağın təhlükəsizlik axtarışında evlərini tərk etməsinin travmatik təsirlərinə diqqət çəkib.

BMT Sudandakı qarşıdurmalara görə 200 min insanın ölkəni tərk etdiyini bildirib

UNICEF daha əvvəl Sudanda qarşıdurmalarda 190 uşağın öldüyünü, 1700 uşağın yaralandığını bildirilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə yüksəldiyini açıqlayıb.

Qeyd edək ki, Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır.

İki hərbi struktur arasında toqquşmalar aprelin 15-də başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR