İnsanlara hürriyət, millətlərə istiqlal!

Unibankda onlayn biznes hesabını şəhadətnamə dublikatsız açmaq olar

İndi biznes sahibləri üçün “Unibank”da onlayn hesab açmaq daha asan olub.

Artıq biznes sahibləri hesab açmazdan əvvəl şəhadətnamə-dublikatları sifariş etməyəcək və dublikatın banka çatması üçün gözləməyəcəklər. Fərdi sahibkarlar və hüquqi şəxslər cəmi 3 dəqiqəyə hesab.unibank.az saytında onlayn hesab aça biləcəklər. Sahibkar sadəcə sayta daxil olub razılıq ərizəsini imzalayır və hesab açmaq üçün müştərinin təqdim etməli olduğu bütün sənədləri onun əvəzinə bank bazadan sorğulayıb əldə edir. Prodesur bank tərəfindən yekunlaşdırdıqdan sonra, hesablar dərhal və avtomatik olaraq açılır.

Onlayn hesab açılışında edilən yenilik biznes sahibinə bir çox üstünlüklər verir:

- Rahatdır və vaxt itkisinin qarşısını alır;

- Sistem müştərinin qarşısına yalnız özünə aid olan fəaliyyət növlərinin siyahısını çıxararaq, seçimini asanlaşdırır;

- Müştəri filial gəlmədiyi üçün vaxtına qənaət edir və lazımi sənədləri əldə etmək aidiyyatı qurumlara rüsum ödənişlərindən azad olur;

- Onlayn hesabın açılması prosesini istənilən yerdən icra edə bilir;

- Hesab açıldıqdan sonra sahibkar dərhal UBusiness tətbiqinə və İnternet Bankinqə giriş imkanı əldə edə, əməliyyat apara bilir.

Edilən yeniliklərdən sonra biznes sahibləri onlayn hesabları dublikatsız, vaxt itirmədən, əlavə xərc çəkmədən, dərhal açmaqla yanaşı, daha asan və anlaşıqlı platformadan istifadə imkanı qazanırlar.

Elə indi onlayn biznes hesabınızı (https://hesab.unibank.az/login) çox rahatlıqla açın!

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR