Onlayn ictimai-siyasi qəzet
UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi və VerseTech komandasının rəhbəri Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi komanda “Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Azərbaycan turunda böyük uğura imza atıb.
Belə ki, komanda HealthTech Entrepreneurship Challenge kateqoriyasında rəqiblərini geridə qoyaraq, 1-ci yerin qalibi olub.
Yarışın növbəti mərhələsi aprel ayında Türkiyənin Antalya şəhərində təşkil olunacaq. Antalya turunun qalibləri isə 2025-ci ilin yayında İtaliyanın Roma şəhərinə keçiriləcək böyük finala vəsiqə qazanacaqlar.
Qeyd: Fibonacci Beynəlxalq Robot Olimpiadası dünyanın 29 ölkəsində keçirilən və robototexnika, süni intellekt, innovasiya və sahibkarlıq sahələrindəki yenilikləri təşviq edən beynəlxalq yarışdır. Yarış müxtəlif ölkələrdən olan gənc mühəndisləri və sahibkarları bir araya gətirərək, onların texnoloji və biznes ideyalarını inkişaf etdirməsinə imkan yaradır.
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ