İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC rektoru abituriyent və valideynlərlə görüşüb

UNEC rektoru professor Ədalət Muradov “Abituriyent Aylığı” çərçivəsində abituriyent və onların valideynləri ilə görüşüb.

Rektor iştirakçılara rəqəmsal UNEC-in tədris və imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı, elektron kitabxana, tələbə startaplarına dəstək, məzunların məşğulluğu və s. barədə ətraflı məlumat verib. UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyindən söz açan Ədalət Muradov bu nailiyyətlərin təhsilin keyfiyyəti ilə bağlı olduğunu qeyd edib. O, UNEC-ə keçid balının hər il yüksəldiyini diqqətə çatdırıb.

Görüşdə abituriyentləri və onların valideynlərini maraqlandıran suallar cavablandırılıb. Sonra iştirakçılar üçün UNEC-də infotur təşkil olunub.

Qeyd edək ki, UNEC rektoru ilə növbəti görüş iyulun 11-də əsas tədris binasında olacaq. İştirak etmək üçün WhatsApp vasitəsilə 012 492 60 43 nömrəsinə yazaraq qeydiyyatdan keçmək kifayətdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR