Onlayn ictimai-siyasi qəzet
Belçika depozitari "Euroclear" Rusiyaya məxsus dondurulmuş aktivlərdən 3,9 milyard avro faiz gəliri əldə edib.
Musavat.com xəbər verir ki, bu göstərici ötən illə müqayisədə 25 faiz azdır.
Avropa depozitarının məlumatına görə, onun balansında sanksiyalar nəticəsində bloklanan rus qiymətli kağızlarının ümumi dəyəri 193 milyard avro təşkil edir.
Əldə olunan gəlirin Ukraynaya yardım fonduna yönəldildiyi bildirilir. "Euroclear" indiyədək bu məqsədlə təxminən 5 milyard avro köçürüb.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ