Onlayn ictimai-siyasi qəzet
Tanınmış qazi-jurnalist Rey Kərimoğlu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hakimiyyətdə olduğu illərdə qazilərə qarşı təzyiq göstərməsindən danışıb.
Aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişinə qonaq olan R.Kərimoğlu həmin illərdə R.Mehdiyevin tapşırığı ilə qazilərə necə divan tutulmasını yada salıb.
O, müsahibəsində prezident İlham Əliyevin həmin illərdə qazi Etimad Əsədovla telefonla danışaraq, "qazilər mənim qardaşlarımdır" deməsini və İ.Əliyevin qaziləri Mehdiyevdən necə qorumasına da toxunub.
Bu gün saat 15.00-də TV Müsavatın "Canlı debat" verilişində R.Kərimoğlu bütün gizlinləri açacaq.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:https://www.youtube.com/results?search_query=tv+musavat
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ