İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi bu il də ənənəsini davam etdirərək, Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb.

Musavat.com xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov müəssisənin qocaman sakinlərini bayram münasibətilə təbrik edərək, onlara sevgi və qayğı göstərməyin hər birimizin mənəvi borcu olduğunu bildirib. Azərbaycan xalqının hər zaman öz ağsaqqallarına və ağbirçəklərinə münasibətdə diqqət və sevgisi ilə fərqləndiyini deyən rektor, gənclərə bu sevgini aşılamağın önəmini vurğulayıb. Rektor ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın daima ahıllara, onların problemlərinin həllinə xüsusi diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb.

Sonra Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr ahıllar qarşısında şən musiqilər ifa ediblər, eyni zamanda onlarla birlikdə rəqs edərək, ahıl sakinlərə sevinc bəxş ediblər. UNEC-in tələbəsi Rəvan Əliyevin müəllifi olduğu “Ana” şeiri isə hər kəsə duyğulu anlar yaşadıb. 

Müəssisənin ağsaqqal sakinləri səsləndirdikləri musiqi və şeirləri ilə hər kəsin qəlbində unudulmaz izlər qoyublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR