Onlayn ictimai-siyasi qəzet
Mayın 20-də UNEC-in sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası keçiriləcək.
Musavat.com xəbər verir ki, Türk Dünyasının 50-dən çox universitetinin rektorlarının iştirakı ilə keçiriləcək beynəlxalq tədbirdə TÜRKÜNİB-in gələcək fəaliyyəti barədə əhəmiyyətli olan məsələlər müzakirə ediləcək.
Eyni zamanda TÜRKÜNİB-ə üzvlüklə bağlı 60-a yaxın universitetin müraciətinə baxılacaq.
Qeyd edək ki, TÜRKÜNİB-in qurulmasının əsas məqsədi ortaq tarixə, mədəniyyətə, dilə sahib olan ali təhsil müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsi, birliyə üzv olan universitetlərin elm və təhsil sahəsində proqramlarının uyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması üçün uyğun zəminin yaradılması, eləcə də birgə akademik fəaliyyətin, layihələrin, konfransların, mədəniyyət, elm və idman sahələrində müsabiqələrin həyata keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ