İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirildi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunan TEDxUNEC konfransı keçirilib.

Musavat.com xəbər verir ki, UNEC İnnovativ Gənclər Təşkilatının (İGT) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən TEDx-in açılışında çıxış edən UNEC-in 4-cü kurs tələbəsi, İGT sədri Samir İsmayılzadə tədbirin spikerlərinin müxtəlif sahələr üzrə ölkənin tanınmış mütəxəssisləri olduğunu bildirib.

O, tədbirin universitetin 95 illik yubileyinə həsr edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, iştirakçılara uğurlar arzulayıb.

Sonra rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, idarəetmə üzrə konsultant Elşən Bədirxanov, psixoloq Nizami Orucov, PAŞA Holdinqin PR və kommunikasiya meneceri Aytac Muxtarzadə, marketinq üzrə ekspert Göktuğ Sarı, Paşa Malls-un insan resursları meneceri Vüqar Cəfərov, “Saxara” gözəllik salonlarının təsisçisi Sərxan Qulamlı və elmi-kütləvi bloger Vüsal Yusifli gənclər üçün aktual olan mövzularda çıxış ediblər. Spikerlərin TEDx-də paylaşdıqları uğur hekayələri, motivasiyaedici çıxışları və fikirləri iştirakçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR