Onlayn ictimai-siyasi qəzet
        ABŞ ordusu Karib regionunda yerləşən və 20 il əvvəl bağlanmış “Ruzvelt-Rouds” adlı hərbi-dəniz bazasının modernləşdirilməsinə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb. Kadrlarda bazanın ərazisində işçilərin uçuş-enmə zolağına çıxışı təmin edən yolları təmizləyib yenidən asfaltladıqları görünür.
Məlumata görə, eyni zamanda ABŞ qüvvələri Puerto-Riko və Sent-Krua adalarındakı mülki hava limanlarında da hərbi təyinatlı infrastrukturun tikintisini və yenilənməsini həyata keçirirlər.
Ekspertlərin fikrincə, bu fəaliyyətlər ABŞ-ın Venesuela istiqamətində mümkün əməliyyatlara hazırlaşması ilə bağlı ola bilər. Agentliyin məlumatında qeyd olunur ki, Vaşinqton bu yolla prezident Nikolas Maduronun rejiminə təzyiq göstərmək məqsədi güdür.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ