Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Ohayo ştatının şimali-şərqindəki Bat şəhərində yeniyetmələr üçün keçirilən əyləncə mərasimində atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb.
"Bazar günü yeniyetmələrin əyləncə üçün toplaşıb, kirayəyə götürdükləri böyük evdə atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb", - AP bildirib.
"Zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur. Azı bir nəfərin xəsarətləri yıxılma nəticəsində ola bilər", - polis rəisi Vito Sinopoli bildirib. O əlavə edib ki, yaralılar arasında həm həddi-büluğa çatmayanlar, həm də böyüklər ola bilər.
FOX telekanalının yerli filialı hadisədə azı bir nəfərin öldüyünü bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsiyyəti açıqlanmayan şübhəlini saxlayıb.
Hadisənin səbəbləri araşdırılır.//Report
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ