İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən dahi şəxsiyyət Heydər Əliyevin tarixdəki yeri misilsizdir. Bu il Ümummilli Liderin anadan olmasının 100-cü ildönümüdür. Ulu Öndərin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. Ümummilli Liderin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.

Ümummilli Liderin 100-cü ildönümü ölkəmizin hər yerində təntənəli qeyd olunur. Belə ki, mayın 5-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konfransın işində tanınmış yerli mütəxəssislərlə yanaşı Ukrayna, Rusiya, Türkiyə, Özbəkistan, Çexiya, Avstriya və İtaliyadan alim və mütəxəssislər əyani və onlayn rejimində iştirak ediblər.

İlk olaraq tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib. O, çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirdi ki, hər bir xalqın taleyində dönüş yaratmağı bacaran bir ya iki insan olur ya olmur: “Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli Liderin rolu əvəzolunmazdır”.

Nazir müavini qeyd etdi ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib.

Çıxışının sonunda nazir müavini konfransın işinə uğurlar arzulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR