İnsanlara hürriyət, millətlərə istiqlal!

“Umsuqluq”: - Britaniya mediasının Bayden-Zelenski görüşünə qiyməti

Britaniyanın gündəlik qəzeti “The Times” yazır ki, Vladimir Zelenski ilə Amerika lideri Co Bayden arasında bir gün əvvəl baş tutan görüş Ukrayna liderinə yalnız məyusluq gətirib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası daha intensiv və kütləvi xəbərlər yayır.

Onların yazdığına görə, Ukrayna prezidenti ABŞ prezidenti Baydendən Rusiyanın dərinliklərindəki obyektlərə raket zərbələri endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib, lakin Ağ Ev onun xahişini qulaqrdına vurub və buna görə Zelenski məyus olub.

Britaniyalı jurnalistlər vurğulayıblar ki, Zelenski Rusiyaya dərin zərbələr endirmək üçün Qərbin uzaqmənzilli raketlərindən istifadə etmək icazəsi almadan Vaşinqtondan Ukraynaya qayıdacaq.

“The Times” hesab edir ki, Vaşinqton Zelenskinin bu şəxsi istəyinə cavab verməkdən imtina edib, ona görə ki, belə bir hücum Rusiya tərəfindən çox ciddi reaksiyaya səbəb ola bilər.

Qeyd edək ki, Rusiya mediası ABŞ tərəfinin bu mövqeyini məmnunluqla qarşılayır və Baydenin qərarından sevindiklərini gizlətmirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR