İnsanlara hürriyət, millətlərə istiqlal!

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə şəhər ərazisində Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Musavat.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində davam edən tədbirdə iştirakçılar ilk öncə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov Ümumilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Məhz Ulu Öndərin səyləri nəticəsində insan amilinə yüksək dəyər verən hüquq sisteminin, yerli qanunvericilik bazasının təkmilləşdirilərək mükəmməl formaya salındığını diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, böyük xilaskarlıq missiyasından danışıblar.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR