İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya qarşı ən kütləvi hücum – 415 PUA və 40 raket

Ötən gecə Ukrayna ərazisinə son dörd ayın ən kütləvi hücumu həyata keçirilib.

Musavat.com xəbər verir ki, monitorinq kanallarının yayımladığı məlumata görə, hava hədəflərinin hərəkət trayektoriyasını əks etdirən xəritə sosial şəbəkələrdə yayılıb.

Məlumata əsasən, Rusiya Silahlı Qüvvələri eyni vaxtda həm müxtəlif tipli qanadlı raketlərdən, həm də zərbə təyinatlı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Hücumun əsas hədəfləri:

• Raket zərbələrinin yönəldiyi şəhərlər: Jitomir, Vinnitsa, Kaluş və Lvov.
• Zərbə PUA-larının əsas istiqamətləri: Polşa sərhədi, Luçk, Lvov, Vinnitsa, Donetsk və Odessa vilayətləri.

Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ümumilikdə gecə ərzində 415 pilotsuz uçuş aparatı və 40 raket ölkənin müxtəlif bölgələrinə buraxılıb. Onun qeyd etdiyi kimi, hücum nəticəsində Ukraynanın 15 vilayəti eyni vaxtda atəş altında qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR