İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya qaçırılan helikopterin ekipaj üzvlərinin kimliyi məlum oldu

Ukraynaya qaçırılan Mi-8 helikopterində pilot Maksim Kuzminovdan başqa iki ekipaj üzvü olub, onların şəxsiyyətini Baza öz Telegram kanalı açıqlayıb.

Musavat.com xəbər verir ki, portalın məlumatına görə, təyyarədə Kuzminovla yanaşı, Hərbi-Hava Akademiyasının və Sızran Aviasiya Məktəbinin məzunları olan 28 yaşlı Nikita və Xurşed olub. Hərbçilərin soyadları açıqlanmayıb.

Kanal əlavə edir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi və Kuzminovun özü ekipajın “ləğv edildiyini” iddia etmələrinə baxmayaraq, qaçırılan helikopterin enişindən sonra hərbçilərin yaxınlarından heç birinə onların taleyi barədə məlumat verilməyib. Hazırda hərbçilərin yeri məlum deyil.

Sentyabrın 5-də məlum olub ki, rusiyalı pilot Maksim Kuzminov Kurskdan Mi-8 helikopterini qaçırıb, daha sonra Ukraynaya gedib. Qaçırma hadisəsi avqustun 9-da baş verib. Bir ay sonra Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi etiraf edib ki, Kuzminovu helikopteri qaçırmağa inandıran məhz hərbi kəşfiyyat olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR