Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının ümumi büdcəsini 60% artırmağı təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, mövcud 1,2 trilyon avroluq büdcənin 2 trilyon avroya qədər yüksəldilməsi planlaşdırılır. Fon der Lyayen bu artımı yeni vergilər hesabına təmin etmək niyyətindədir. Xüsusilə tütün şirkətlərinə əlavə vergi tətbiqi nəzərdə tutulur.
Əldə ediləcək əlavə vəsaitin əsas istiqamətləri aşağıdakılardır:
Pandemiya dövründə yığılmış borcların ödənilməsi
Avropa Rəqabətlilik Fondunun maliyyələşdirilməsi
Ukraynaya dəstək üçün 100 milyard avro ayrılması
Bu təşəbbüs Avropa İttifaqında ciddi müzakirələrə səbəb olub və yaxın aylarda üzv dövlətlər arasında əsas gündəm mövzularından birinə çevriləcəyi gözlənilir.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ