Onlayn ictimai-siyasi qəzet
G7 ölkələri Xirosima sammitinin bitməsinə bir gün qalmış birgə yekun bəyanat yayıblar.
Azpost.info xəbər verir ki, bəyanatda Yaponiya, Kanada, Fransa, Almaniya, İtaliya, Britaniya, ABŞ və Avropa İttifaqı liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsini kəskin şəkildə pisləyiblər və bunu beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması adlandırıblar.
Sənədi Yaponiya Xarici İşlər Nazirliyi dərc edib.
Bəyanatda qeyd edilir ki, G7 ölkələri Kiyevə diplomatik, maliyyə, humanitar və hərbi dəstək verməkdə davam edəcək, həmçinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya və ona dəstək verənlərin “xərclərini artırmaq” üçün tədbirlər görəcək. Liderlər Ukraynada ədalətli və davamlı sülhə çağırıblar.
G7 ölkələri müəyyən narahatlıqlarını Pekinə birbaşa ifadə edə bilmək üçün öz milli maraqlarına uyğun olaraq Çinlə konstruktiv və sabit münasibətlər qurmağa hazır olduqlarını da bəyan ediblər.
Sənəddə o da bildirilir ki, G7-nin həyata keçirdiyi siyasət Çinə zərər verməyə və onun iqtisadi inkişafına mane olmağa yönəlməyib.
07 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ