İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın yeni xarici işlər naziri Gürcüstandakı ötkəm elçinin missiyasına son verir

Ukraynanın yeni təyin olunmuş xarici işlər nazir Andrey Sibiqa vəzifədə ilk addımlarından biri olaraq Gürcüstandakı müvəqqəti işlər vəkilinin uzunmüddətli missiyasına son verib. O, vəzifədən kənarlaşdırılan Mixaylo Xarışinin müharibə dövrü diplomatiyası reallıqlarını anlamadığını deyib.

Xarışin bu yaxınlarda ictimai şəkildə deyib ki, adı çəkilməyən qüvvələr Gürcüstanla Ukraynanın tarixən güclü əlaqələrinə zərbə vurmağa çalışırlar.

Sıbiqa sentyabrın 5-də xarici işlər naziri təyin olunub. İki il yarım öncə Rusiyanın işğalı başlayandan Ukrayna hökumətdə ən böyük dəyişikliklərdən birini gerçəkləşdirib.

Sibiqa Kiyevin səfirləri və konsulları ilə məsləhətləşmələr barədə xəbərlərdən sonra sosial mediada yazıb ki, Ukrayna diplomatiyası üçün qeyd-şərtsiz prioritet ölkəsinin silahlar və başqa müdafiə ehtiyaclarıdır.

Kiyev Tbilisidəki səfirini təxminən iki il qabaq müvəqqəti işlər vəkili ilə əvəzləyib. Ukrayna prezidenti Volodimir Zelenski işğal başlayandan bir həftə sonra Gürcüstandakı səfiri məsləhətləşmələr üçün geri çağırmışdı. Buna Gürcüstan hökumətinin Ukraynaya köməyə getmək istəyən könüllülərə əngəl törətməsi barədə məlumatlar səbəb olmuşdu.

Gürcüstanın Kiyevdəki səfiri Giorgi Zakaraşvili 2023-cü ilin iyulunda Zelenski ilə Tbilisi arasında açıq mübahisədən sonra Ukraynanı tərk edib.

Müharibə boyunca tərəflər arasında gərginlik artıb. Belə ki, Gürcüstanın hakim partiyası Moskva ilə əlaqələri bəzi aspektlərdə görünən şəkildə yumşaldıb, Qərb tərəfdaşları ilə mübahisələri qızışdırıb.//Azadlıq Radiosu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR