İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukraynanın yeni ordusu...” – Şoltsdan sensasion AÇIQLAMA

Almaniya kansleri Olaf Şolts Ukraynanın müharibə bitdikdən sonra güclü orduya sahib olmasının vacibliyini vurğulayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Avropa və transatlantik tərəfdaşlar bu prosesdə Kiyevə dəstək verəcək.

Bundan əlavə, Şolts Avropa İttifaqında silah istehsalının daimi və davamlı olmasının vacibliyini qeyd edib:

"Biz Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etməliyik. Bunun üçün o, güclü və döyüşə hazır orduya malik olmalıdır. Avropa və transatlantik tərəfdaşlar bu məsələdə ona kömək edəcək. Həmçinin, Aİ-də silah istehsalı fasiləsiz davam etməlidir", – deyə Almaniya kansleri bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR