Onlayn ictimai-siyasi qəzet
Kiyev 2025-ci ildə Rusiya ilə müharibənin yekunlaşmasında maraqlıdır.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyənin XİN rəhbəri Hakan Fidanla birgə görüşdə açıqlama verib.
Sibiqanın sözlərinə görə, Ukrayna atəşkəsin müddətindən asılı olmayaraq – istər 30, istər 50, istərsə də 100 gün – Rusiya ilə birbaşa danışıqlara hazırdır. “Bu mövqeyimizi Rusiya tərəfi ilə son görüşdə bir daha təsdiqlədik,” – deyə nazir bildirib.
O əlavə edib ki, İstanbulda keçirilən son görüşdə, Türkiyənin iştirakı ilə Kiyev Moskvanın qarşısına konkret sülh təkliflərini və mümkün sazişin şərtlərini qoyub.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ