İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Xerson vilayətində güclü partlayış olub

Ukraynanın Rusiyanın işğalı altında olan Xerson vilayətində güclü partlayış olub.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, şəhərdə partlayış səsləri eşidilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri Xerson vilayətinin bəzi yaşayış məntəqələrində əvvəllər tutduqları mövqelərdən geri çəkiliblər.

Xatırladaq ki, sentyabrın 10-da Xersonda Rusiya hərbçilərinin yerləşdiyi hərbi komissarlığın binası dağıdılıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR