Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin işğal olunmuş ərazilərdə “müvəqqəti administrasiya” qurulması təklifi Ukraynada sərt təpki ilə qarşılanıb.
Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar, RMF FM radiosuna verdiyi müsahibədə danışıb.
“Ukrayna demokratik dövlətdir. Hərbi vəziyyət başa çatdıqdan sonra biz öz seçkilərimizi azad şəkildə keçirəcəyik. Əgər Rusiya dağılmağa başlasa, mən könüllü şəkildə işğal olunmuş Moskvanın qubernatoru olmaq istəyərdim – həmin əraziləri lazımi şəkildə idarə etmək üçün,” – deyə Bodnar bildirib.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ