İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hökuməti onların ciblərinə göz dikdi - ŞOK RƏQƏM

Rusiya hökuməti əmanətçilərin ciblərinə göz dikib

Rusiya hökuməti gələn ildən bank əmanətlərinə tətbiq edilən vergi vasitəsilə büdcə gəlirlərini artırmağı planlaşdırır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin hesablamalarına görə, 2026-cı ildə əmanətlərdən əldə olunan faiz gəlirlərindən toplanacaq vergi 600 milyard rubla yaxınlaşaraq, indiki göstəricini ikiqat üstələyə bilər.

Son iki ildə ölkə əhalisinin banklarda saxladığı vəsait 10 trilyon artaraq 61 trilyonu keçib. Mütəxəssislər bunu insanların sərf etməkdən daha çox pulunu qorumağa üstünlük verməsi ilə izah edirlər.

Rəsmi qurumlar bildirir ki, toplanacaq vəsait həm büdcə kəsirini bağlamağa, həm də sosial xərcləri qarşılamağa yönəldiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR