İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın işğalını təbliğ edən rus qadın beynəlxalq münsiflər heyətindən çıxarıldı  


Rusiyalı illüstrator Anastasiya Arxipova Hans Kristian Andersen adına Beynəlxalq Ədəbi Mükafatın münsiflər heyətinin sədri vəzifəsindən istefa verməyə məcbur olub.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Rusiyanın Ukraynaya qarşı işğalçı hərbi təbliğatında iştirakda ittiham olunur.

Qeyd edək ki, Arxipova 2022-ci ilin sentyabrında bir neçə il vitse-prezidenti olduğu Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası (IBBY) tərəfindən münsiflər heyətinin sədri seçilmişdi. IBBY-yə üzv olan bəzi ölkələr bu qərarı pisləyib və təkidlə onun istefasını tələb ediblər.

İsveç, Finlandiya, Danimarka və Baltikyanı ölkələrin nümayəndələri Arxipovanın Moskva Rəssamlar Assosiasiyasının idarə heyətinin üzvü olduğunu xatırladıblar. Ötən il Moskva Rəssamlar Assosiasiyası Ukraynada müharibəni təbliğ etmək və rusları buna səfərbər etmək üçün əsərlər müsabiqəsi elan edibmiş.

Keçən həftə Danimarka Kraliçası II Marqaret məhz buna görə Andersen Mükafatının himayədarı olmaqdan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR