Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətindəki Morozovsk aerodromuna dronlarla hücum edib.
Musavat.com xəbər verir ki, Ukrayna pilotsuz təyyarələrinin hücumundan sonra aerodromda məhv edilmiş təyyarənin videosu yayılıb.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hücum nəticəsində silah-sursat anbarı və bir "Su-34" qırıcısı məhv edilib, daha ikisi zədələnib. Bundan başqa dörd bina və iki anqar da hücumda zədələnib.
Aerodromun hücumdan sonrakı görüntülərini təqdim edirik:
Qeyd edək ki, "Morozovsk" Rostov vilayətində Morozovsk şəhərindən 3 km cənub-qərbdə yerləşən aktiv hərbi aerodromdur. 559-cu Qvardiya Bombardmançı Aviasiya Alayı (Rusiya Federasiyası Müdafiə Nazirliyinin 75392 saylı hərbi hissəsi) aerodromda yerləşir. Rusiyanın "Su-24", "Su-24M" və 2014-cü ildən "Su-34" bombardmançıları da aerodromda yerləşdirilib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ