İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın əks-hücumu danışıqlara təkan verə biləcəkmi? - Qərbdə fikirlər haçalanır

Ukraynanın Rusiyaya qarşı planlaşdırdığı əks-hücum əməliyyatı savaşın müzakirələr yolu ilə bitməsi mərhələsinin hələ uzaqda olduğunu göstərdi. Lakin bəzi ABŞ və Avropa rəsmiləri Ukrayna ordusunun irəliləməsinin diplomatiyaya təkan verə biləcəyini deyirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “The New York Times” qəzetində bununla bağlı maraqlı məqalə dərc olunub. Qəzet Ukraynanın bir ildən çox davam edən müharibədən sonra ərazilərini geri ala biləcəyi ilə bağlı hərbi strateqlərin fikirlərinin haçalandığını vurğulayır.

“Hazırda Rusiya prezidenti Vladimir Putin güzəştə və ya konstruktiv dialoqa getmək istəyi ilə bağlı heç bir əlamət göstərmir. ABŞ rəsmiləri isə atəşkəs və ya sülh danışıqlarına yönəlik istənilən çağırışlara, xüsusən də Çindən gələn təkliflərə ehtiyatlı yanaşdıqlarını gizlətmirlər. Pekin isə Rusiyaya açıq-aşkar strateji diqqət yetirməsinə baxmayaraq, inadla sülhməramlı rolunu oynamağa çalışır”, - deyə yazıda bildirilir.

Çərşənbə axşamı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın dövlət katibi Entoni Blinken ukraynalıların “son 14 ayda Rusiya tərəfindən zorla ələ keçirilən əraziləri uğurla geri qaytarmaq üçün hər cür imkanının oldğunu bəyan edib.

ABŞ rəsmiləri prezident Co Baydenin real sülh danışıqlarına başlanacağı təqdirdə həm Kiyev, həm də Moskva üçün məqbul ola biləcək nəticəni müəyyən etməyə çalışdığını vurğulayırlar.

Ağ Evdən gələn məlumatlara görə, Vaşinqtonun əsas ümidləri Ukraynanın əks-hücumda əhəmiyyətli üstünlük əldə etməsi və bunun nəticəsində gələcək danışıqlarda daha çox təsir rıçaqları malik olmasına bağlanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR