İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı ağır və məşəqqətli əks-hücum əməliyyatı gözləyir - Qərb ekspertləri

Ukraynanı qarşıda ağır əks-hücum əməliyyatı gözləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Qəzet bununla bağlı britaniyalı hərbi ekspertlərin rəylərini xəbər alıb.

“Qərbin döyüş tankları ilə gücləndirilmiş 35 minə yaxın Ukrayna əsgəri 950 kilometrlik cəbhə xəttində 140 mindən çox düşmən ordusu ilə qarşılaşacaq. İki qoşunu bir-birindən ruslar tərəfindən qurulan mina tarlaları və tank maneələri ayırır.

Tezliklə Ukraynanın Rusiya cəbhəsinin istehkamlarını yarmağa çalışacağı gün gələcək. Burada Ukraynanın əldə edəcəyi uğur və ya uğursuzluq gələcəkdə döyüş əməliyyatlarının gedişini və rəsmi Kiyevin Moskva ilə danışıqlarda gücünü müəyyən edəcək”,-deyə yazıda bildirilir.

Ukrayna müharibəsi: ABŞ-ın sızdırılan gizli sənədlərinə görə Rusiyanın  muzdlu əsgər şirkəti Wagner Türkiyədən silah almaq istəyib; sənədləri kim  və niyə sızdırıb? - BBC News Azərbaycanca

Bununla belə, analitiklər və hərbi rəsmilər döyüşlərin ağır keçəcəyini vəd edirlər.

İlk öncə sıçrayış əməliyyatları son dərəcə mürəkkəb hesab olunur. Belə əməliyyat artilleriya və tanklardan tutmuş kəşfiyyat məlumatlarının toplanmasına və mühəndislərə qədər bütün hərbi hissələrin eyni vaxtda işləməsini və yüksək səviyyəli koordinasiyasını tələb edir.

İkincisi Ukraynalıların hava üstünlüyünün olmaması çətinliyi daha da artırır. Qərb tankları sovet T-72-ləri ilə sonuncu dəfə İraqda 2003-cü ildə qarşılaşıb, lakin o zaman ABŞ-ın rəhbərlik etdiyi koalisiya havada böyük üstünlüyə malik olub. Ukraynalıların isə Rusiya qırıcılarının qarşısını almaq üçün vacib sayılan hava hücumundan müdafiə vasitələri yoxdur.

Ukrayna SQ Baş Qərargahı: Rusiya qoşunları irəliləyir

Britaniyalı keçmiş tabor komandiri Ben Barri də bunu təsdiqləyib: "Quru hücumunda klassik yanaşma düşmən xəttinin arxasına, bir və ya bir neçə sektordan soxulmağı və düşmənin ağırlıq mərkəzinə zərbə endirilməsini ehtiva edir. Hava üstünlüyü olmadan uğurlu əks-hücum nümunələrinə nadir hallarda rast gəlinir".

Qeyd edək ki, hücumun dəqiq yeri ciddi şəkildə qorunan sirr olaraq qalır, lakin Rusiya üçün strateji əhəmiyyətli ərazilərdən biri Azov dənizi yaxınlığında yerləşən Melitopoldur.

Bununla bağlı yaranan riski dərk edən Rusiya ordusu bu bölgədə möhkəm müdafiə xətləri hazırlayıb.

Hərbi analitiklərin fikrincə, Rusiya müdafiəsi adətən mexanikləşdirilmiş bölmələrin hərəkətini ləngitmək üçün “əjdaha dişləri” adlanan piramida formalı beton sütunların cərgə ilə qurulmasını nəzərdə tutur. Onların arxasında başqa bir mina sahəsi, daha 400 m-dən sonra xəndəklər və qazıntılar xətti və 500 m-dən sonra - tank əleyhinə xəndəklər yer alır.

Ukrayna müharibəsi: ABŞ-ın sızdırılan gizli sənədlərinə görə Rusiyanın  muzdlu əsgər şirkəti Wagner Türkiyədən silah almaq istəyib; sənədləri kim  və niyə sızdırıb? - BBC News Azərbaycanca

Barrinin sözlərinə görə, əvvəlcə tankların və maşınların keçməsi üçün minalanmış sahəni təmizləmək, daha sonra tankların köməyi ilə “əjdaha dişlərini” məhv etmək və nəhayət, körpülər qura bilən xüsusi texnika ilə arxlardan keçmək lazımdır.

Hücumda ən çətin və vacib məqamlardan biri də müxtəlif bölmələrin hərəkətlərini sinxronlaşdırılmasıdır. Ukrayna ordusu kiçik miqyaslı manevrlər həyata keçirə bilsə də, analitiklərin fikrincə belə bir böyük miqyasda əməliyyatı gerçəkləşdirmək üçün təcrübəyə malik deyil.

Bundan əlavə, FT-a görə, Ukrayna qüvvələri ən təcrübəli əsgərlərinin əhəmiyyətli bir hissəsini itirib. Gələn informasyalara əsasən, Ukrayan ordusunun itkiləri 120.000-ə çatır.

Ukrayna Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini azad edib

Lakin Qərb ekspertlərinin fikrincə, vəziyyət o qədər də acınacaqlı deyil. Məsələn keçən il Ukrayna ordusu rus qoşunlarının hücumunu Kiyev yaxınlığına dayandırmış, onları bu ərazilərdən, o cümlədən Xarkov ətrafından sıxışdıb çıxarmağa nail olmuşdu. Həmin vaxt bu Qərb üçün də gözlənilməz sayılıb.

Üstəlik Rusiya da genişmiqyaslı işğaldan başlayandan bəri dəhşətli itkilər verib. Bundan əlavə, Ukrayna qoşunları rəqiblərindən daha yaxşı təchiz olunub və yüksək səviyyəli təlim keçib”.

Britaniya ordusunun keçmiş zabiti Qlen Qranta görə, Ukraynanın hücumu sürətlə başa çatdırsa, ruslaırn mövqeyi ciddi şəkildə sarsıla bilər. Bunun nəticəsində cəbhə xəttini yararaq buradan hücumu effektiv şəkildə davam etdirilməsi mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR