İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalılarla döyüşmək istəmədi, intihar etdi - Fotolar

Rusiyanın Peçori şəhərinin (Pskov vilayəti) 20 yaşlı sakini, əsgər Sergey Qridin hərbi hissədə özünü asıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Qridin Moskva yaxınlığındakı hərbi hissələrdən birində kəmərdən asılmış vəziyyətdə tapılıb. İntihardan öncə o, məktub yazıb və Ukraynada döyüşmək istəmədiyini bildirib.

Qridin həmin məktubunda bölüyündəki əsgərlərdən heç birinin geri qayıtmadığını, onların Ukraynaya ölümə göndərildiyini yazıb. Sergey Qridin qeyd edib ki, tağım komandirindən onu cəbhə zonasına göndərməməyi xahiş edib, bundan sonra onu ələ salmağa başlayıblar.

"Mən istəmirəm və bu heyvanların mənə etdiyi işgəncələri təsvir etməyəcəyəm, amma bununla yaşaya bilmərəm. Əllərim başqasının qanına bulaşmadan doğma torpağımda ölməyə qərar verdim" - deyə Qridin bildirib.

Musavat.com

WhatsApp Image 2023-02-15 at 15.15.13.jpeg (55 KB)

WhatsApp Image 2023-02-15 at 15.15.02.jpeg (152 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR