Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın "The Telegraph" nəşrinin məlumatına görə, Ukrayna vətəndaşlarının təxminən 50%-i müharibənin dayandırılması üçün ərazi güzəştlərinə razıdır.
Musavat.com-un məlumatına görə nəşr yazır ki, bu cür razılaşma münaqişənin dondurulması ilə nəticələnə bilər. Bu halda, Rusiya 2022-ci ildən etibarən işğal etdiyi 14%-lik ərazinin böyük hissəsini və 2014-cü ildən nəzarətində saxladığı torpaqları əlində saxlaya bilər.
Qeyd edək ki, Ukrayna hakimiyyəti indiyədək ərazi güzəştlərini rədd edib və müharibəni yalnız ölkənin beynəlxalq tanınmış sərhədləri çərçivəsində tam qələbə ilə bitirmək niyyətində olduğunu bildirib. Bununla yanaşı, münaqişənin uzanması və ağır itkilər cəmiyyətdə fərqli yanaşmaların yaranmasına səbəb olub.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ