İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalıları öldürən məhbuslar azadlığa çıxdı - FOTO

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin tərkibində Ukraynada döyüşən və buna görə əfv olunan məhbusların keçmişdəki “hünərləri” ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların bir çoxunun oğru, qatil və narkotik alverçisi olduğu müəyyən edilib.

BBC-nin rus ximətinin məlumatına görə, onlardan biri Dmitri Karavaiçikdir. O, 2019-cu ilin iyulunda “amfetaminlərin istehsalı və satışı üzrə cinayətkar qrup yaratdığına görə” 17 il müddətinə sərt rejimli koloniyaya məhkum edilib. Digərinin adı Aleksandr Suetovdur. Rusiya məhkəməsi 2020-ci ildə onu zərgərlik mağazalarını qarət edən cinayətkar qrupun təşkilatçısı kimi tanıyaraq, 10 il müddətinə həbs cəzasına məhkum edib.

Karavaiçik və Suetovdan əlavə, əfv olunanlar içərisində quldurluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilmiş Denis Kinev, avtomobil oğurladığına görə bir ildən bir qədər çox həbs cəzası alan Stanislav Usaçov, o cümlədən qətlə görə dəfələrlə məhkum olunmuş Anatoli Salmin adlı şəxs də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR