İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı güləşçi-deputat rusiyalı idmançılara yasaq tələb edir

Ukrayna parlamentinin deputatı, yunan-Roma güləşi üzrə olimpiya çempionu Jan Belenyuk Telegram kanalında Ali Radanın Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirak etmək üçün ölkələrə girişinə qadağa qoyulması ilə bağlı layihəsindən danışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ukrayna Ali Radası Rusiya və Belarus idmançılarının, eləcə də idman nümayəndə heyətlərinin xaricə girişinin məhdudlaşdırılması xahişi ilə xarici ölkələrin liderlərinə və parlamentlərinə müraciət edib.

Belenyukun fikrincə, bu, onların yarışlardan kənarlaşdırılmasına kömək edəcək.

İyulun 18-də 2024-cü il Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri Toni Estanq bildirib ki, rusların iştirakı ilə bağlı qərar sentyabrdan tez verilməyəcək. O, idmançıların təsnifat yarışlarında iştirak etmək üçün idman federasiyalarından icazə alıb-almamasının nəzərə alınacağını vurğulayıb.

Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR