İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Türkiyəyə DƏSTƏK

Ukrayna təyyarəsi ilə Türkiyəyə humanitar yardım çatdırılıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib.

"Bu həftə Ukraynanın "Antonov AN-124" təyyarəsi son zəlzələlərdən zərər çəkmiş ailələrə kömək etmək üçün İncirlik Hava Bazasına 101 ton humanitar yardım çatdırıb. Bu yardım Fransa silahlı qüvvələri tərəfindən koordinasiya edilib, Ukrayna təyyarələri ilə çatdırılıb, Türkiyə və ABŞ hərbçiləri tərəfindən boşaldılıb. Çətin anlarda biz müttəfiq olaraq bir araya gəlirik", - Kuleba qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR