İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan rus əsgərlərinə ŞOK XƏBƏRDARLIQ: "Daha da pis olacaq..."

Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanov Rusiya hərbçilərinə üz tutub və onları təslim olmağa çağırıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, onun müraciəti qurumun rəsmi səhifəsində yayılıb.

"Bir ildən artıqdır ki, Kreml rejimi Ukraynaya təcavüzkar işğal hərəkatının əvvəlində qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmir. Mən Rusiya hərbçilərinə, “top əti” olmaqdan qaçmaq şansı olanlara müraciət edirəm - daha da pis olacaq. Ölmək və ya canınızı qurtarmaq seçiminiz var", -deyə, o qeyd edib.

Budanov Rusiya ordusunun əsgərlərinin sağ qalmaq üçün nə etməli olduğunu söyləyib. O, Rusiya Federasiyasının hərbçilərinə üçün "Mən yaşamaq istəyirəm" layihəsi başlatdıqlarını bildirib.

Onun sözlərinə görə, Ukrayna xüsusi təyinatlıları artıq yüzlərlə rus əsgərini cəbhə xəttindən çıxarıblar:

“İndi onlar təhlükəsiz yerdədirlər, normal şəraitdə yaşayırlar, Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında gündə üç dəfə yemək imkanları var. Onlar üçün seçim yaranıb – müharibəni dayandırmaq, bitəndən sonra evlərinə geri dönmək, ya da ümumiyyətlə, Rusiya Federasiyasına qayıtmamaq”, - deyə, ukraynalı general bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR