İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Kolomoyskiyə AĞIR ZƏRBƏ

Ukrayna iş adamları İqor Kolomoyski, Vyaçeslav Boquslaev, Konstantin Jevaqo və Konstantin Qriqorişinlə əlaqəli strateji müəssisələri milliləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov məlumat yayıb.

Milliləşdirmə əsasən “Motor Sich” təyyarə mühərrikləri zavoduna və “Ukrnafta” neft şirkətinə aiddir.

Danilovun sözlərinə görə, biznesin milliləşdirilməsi barədə qərar noyabrın 5-də prezident Vladimir Zelenski ilə görüşdə qəbul edilib. Sahiblərə və səhmdarlara kompensasiyanın ödənilib-ödənilməyəcəyi barədə məlumat verilmir.

Ukraynanın baş naziri Denis Şmıqalın sözlərinə görə, milliləşdirilmiş müəssisələr dövlətin müdafiə ehtiyaclarına xidmət etməlidir.

“Ukrnafta”nın 50% +1 payı dövlətə məxsusdur. “Strana” portalı “Ukrnafta”nın 42%-nə sahib olan Kolomoyskinin müəssisələrinin milliləşdirilməsini bu gün öyrəndiyini xəbər edib. Saytın həmsöhbətinin sözlərinə görə, iş adamı və ətrafı üçün bu xəbər şok olub. Mənbə bildirib ki, belə bir qərarın motivləri və hüquqi əsasları hələ məlum deyil.

İqor Kolomoyski Ukraynanın ən varlı adamlarından biri, Dnepropetrovsk vilayətinin keçmiş qubernatorudur. Ötən ilin martından o, ailəsi ilə birlikdə ABŞ sanksiyaları altındadır. Yayda Ukrayna mətbuatı Vladimir Zelenskinin Kolomoyskini vətəndaşlıqdan məhrum edə biləcəyini yazmışdı.

Zaporojyedə yerləşən “Motor Sich” müəssisəsinin direktoru Vyaçeslav Boquslaev isə Rusiya ilə əməkdaşlıq və əlbir olmaqda şübhəli bilinərək həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR