Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanındakı danışıqlar yalnız illər sonra açıqlana bilər.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna XİN sözçüsü Georgiy Tixiy yazıb.
“Danışıqlar 8 saatdan çox davam edib, demək olar ki, fasiləsiz, yalnız nahar istisna olmaqla”, - deyə o qeyd edib.
Tixiyin sözlərinə görə, hətta çətin kompromislər mümkün olur. Kim və hansı kompromislərə gedib - Ukrayna rəsmisi bunu açıqlamayıb.
Bundan əlavə, bir neçə saat davam edən ortaq bəyanat üzərində işin son mərhələsində Ukrayna prezidenti Volodimir Zelenski də danışıqlara qoşulub.
Musavat.com
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ