İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Avropaya 8,24 milyondan çox qaçqın gedib

Rusiya müharibəsi başlayandan Avropa ölkələrinə Ukraynadan gedən qaçqınların sayı 8 milyon 249 min 55 nəfərə çatıb.

Bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) İdarəsi yayıb. Qeyd olunub ki, son bir həftə ərzində onların sayı 8 766 nəfər artıb.

24 fevral 2022-ci il tarixindən 23 may 2023-cü il tarixədək qaçqınların əksəriyyəti Rusiya ərazisinə keçib - 2 852 395, qəbul edilən qaçqınların sayına görə ikinci yeri Polşa (1 605 738) tutur. Qeyd edilib ki, 5 246 661 ukraynalı qaçqın müvəqqəti müdafiə və dəstək üzrə milli proqramlara daxildir.

BMT QAK-nın məlumatına görə, ötən il fevralın 24-dən bu il mayın 23-dək Ukraynadan qonşu ölkələrə 21 milyon 924 min 285 nəfər gedib. Eyni zamanda 13 060 039 nəfər sərhədi əks istiqamətdə keçib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR