İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada taxıl istehsalı ARTIB

Bu il dekabrın sonuna Ukraynada sahələrdən 79,2 milyon ton kənd təsərrüfatı məhsulu yığılıb.

Musavat.com xəbər verir ki, bu barədə hökumət “Uryad Online” Telegram kanalında məlumat yayıb.

Məlumatda bildirilir ki, məhsulun 58,4 milyon tonu dənli və paxlalılar, 20,8 milyon ton yağlı bitkilərdir.

Bildirilir ki, 10 milyon 542 min hektar sahədə dənli və dənli paxlalı bitkilərin yığımı aparılıb. O cümlədən 28,1 milyon ton qarğıdalı, 22,5 milyon ton buğda, 5,9 milyon ton arpa toplanıb.

Ukrayna Taxıl Assosiasiyasının məlumatına görə, 2022-ci ildə taxıl və yağlı bitkilərin istehsalı 73,8 milyon ton təşkil edib. Eyni zamanda taxıl istehsalı 2021-ci ilin rekord səviyyələri ilə müqayisədə 37 faiz azalaraq təxminən 53,9 milyon ton, yağlı bitkilərin istehsalı isə 24 faiz azalaraq 17,5 milyon tona düşüb. 2021-ci ildə Ukraynada 84 milyon ton taxıl və paxlalı bitkilər, 22,6 milyon ton yağlı bitkilər yığılıb. Assosiasiyanın məlumatına görə, 2022-ci ildə taxıl ixracı 24 faiz azalaraq 38,4 milyon tona, bitki yağları isə 17 faiz azalaraq 4,6 milyon tona düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR