İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada saxlanılan qazimiz Misir Qasımlının səhhəti pisləşdi

Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı və Sübhan Quliyevin səhhətində problem yaranıb.

Bu barədə Musavat.com-a M.Qasımlının vəkili Aygül Rəfiyeva məlumat verib.

O bildirib ki, hər iki şəxsin səhhəti Kiyevdə saxlanıldıqları istintaq təcridxanasında gün ərzində pisləşib və onlara təcili tibbi yardım çağırılıb: "Misir Qasımlı və Sübhan Quliyev həkim nəzarətinə götürülüb".

Qeyd edək ki, azərbaycanlılar Kiyevdə erməniəsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Misir Qasımlı "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Xatırladaq ki, Vətən müharibəsi qazisi olan Misir Qasımlı bir müddət əvvəl sosial şəbəkələrdə videomüraciət yayaraq, bildirmişdi ki, əslən erməni olan İspaniya vətəndaşı onu məqsədli şəkildə şərləyib və nəticədə həbsxanaya salınıb. M.Qasımlı sifarişli şəkildə həbsdə saxlanıldığını deyib və bu səbəbdən öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətindən dəstək istəmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR